Lindner LLC
Azərbaycanda eksklüziv xidmət
Lindner MMC Lindner SE – nin törəmə müəssisəsidir və Bakı şəhərində, Azərbaycanda yerləşir. Şirkət Lindner palitrasından ən uyğun məhsulları müəyyənləşdirmək üçün layihənin ən erkən mərhələlərindən sifarişçilərə məxsus məsləhət xidmətlərini təmin edir. Buraya qaldırılmış döşəmələr, tavanlar, arakəsmə sistemləri, armaturlar və s. kimi standartlaşdırılmış sistemlər, həmçinin Lindner MMC – nin Lindner SE – nin geniş resurslarına istinad edə biləcəyi xüsusi həllər daxildir. Sifariş verilən layihələr adətən daxili yerləşmə və / və ya fasad konstruksiyası, o cümlədən təchizat və quraşdırma, eləcə də, ilkin texniki inkişaf üçün xüsusi paket ilə yerinə yetirilir. Ümumiyyətlə, sifarişçi Lindner MMC vasitəsilə tamamlanmış layihə xidməti və ərazi nəzarəti ilə məhsul təchizatı arasında seçim edə bilər.
- Təsis olunduğu il: 2010 – cu il
- İşçilərin sayı: 1 – 10 nəfər